“Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin təqdimatı keçirilib

Oktyabrın 21-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin 95 illik yubileyinə həsr olunmuş sərgi açılıb və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçirilib.

Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin 95 il ərzində keçdiyi yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumatlar verilir, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş etdirilir. Virtual muzey isə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli muzeyin Azərbaycan tarixinin təbliği baxımından böyük işlər gördüyünü vurğulayıb. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev muzeyin tariximizin, mədəniyyətimizin dünyada tanıdılmasında çox önəmli rolu olduğunu diqqətə çatdırıb, “Virtual Qarabağ Tarixi Muzeyi”nin Qarabağla bağlı aparılan tədqiqat və təbliğat işində mühüm rolu olacağını vurğulayıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev, AMEA-nın Tarix İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Yaqub Mahmudov tariximizin təbliğinin vacibliyindən, bu sahədə Milli Azərbaycan Tarixi Muzeyinin rolundan bəhs ediblər.
“Virtual Qarabağ Tarixi Muzeyi” layihəsinin məqsədi müxtəlif muzeylərdə saxlanılan və Qarabağın tarixi, mədəni irsini əks etdirən eksponatları bir yerə cəmləmək, Qarabağın mədəniyyətini, tarixini təbliğ etməkdən ibarətdir. Burada Azərbaycanın və dünyanın 32 muzey və şəxsi kolleksiyasından 9 yüzə yaxın eksponat toplanıb.
Virtual muzey “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin www.virtualkarabakh.az portalının server bazasına yüklənərək saxlanılacaq və muzeylə həmin portal vasitəsilə tanış olmaq mümkün olacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar