Sənəddə Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı öhdəlik və tələblər əksini tapıb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 24-25 oktyabr tarixində Böyük Britaniyanın Oksford Universitetində keçirilən “Paylaşılan dünyanın çağırışları” mövzusunda Əbdüləziz Saud Əl-Babteyn Mədəniyyət Fondunun 15-ci konfransında iştirak etmək üçün London şəhərində səfərdə olub. Konfrans BMT Sivilizasiyalar Alyansının təşkilatçılığı və Müqəddəs Entoni Kollecinin Orta Şərq Mərkəzinin himayəsi ilə gerçəkləşib.

Konfransda çıxış edən Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü olan və qlobal mədəniyyətlərarası dialoq hərəkatını nəzərdə tutan Bakı Prosesi, ölkə başçısının təşəbbüsü ilə Bakıda keçirilən (2011, 2013, 2015) Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin 2016-cı ilin 25-27 aprel tarixində Bakıda təşkil olunacaq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib.
Nazir çıxışında Azərbaycanın multikultural tarixi ənənələri, tolerant həyat tərzi, dövlətin mədəniyyətlərarası və dinlərarası dialoq hərəkatına dəstəyi, həmçinin hökumətlə xalqın bu kimi məsələlərdə qarşılıqlı harmonik münasibətləri barədə söz açıb. Çıxışının sonunda Əbülfəs Qarayev tədbir iştirakçılarını Bakıda keçiriləcək 7-ci Qlobal Foruma dəvət edib.

* * *
Səfər çərçivəsində nazir Əbülfəs Qarayevlə BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser arasında görüş keçirilib və "Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakıda keçirilməsinə dair saziş" imzalanıb. Saziş ev sahibi ölkə ilə BMT Sivilizasiyalar Alyansı arasında müvafiq öhdəlik və tələbləri nəzərdə tutur.
Görüş zamanı həmçinin beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoq və BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq məsələlərinə toxunulub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyul 2015-ci il tarixli sərəncamı ilə müxtəlif dövlət qurumlarının rəhbər şəxslərindən ibarət Təşkilat Komitəsinin yaradılması bu qlobal tədbirin ölkə rəhbərliyi səviyyəsində xüsusi diqqətdə saxlanılmasının göstəricisidir.
Qeyd edək ki, BMT-nin yaradılmasının 70 illik yubiley günü olan 24 oktyabr tarixində müqavilənin imzalanması Azərbaycan Hökuməti və BMT əməkdaşlığında əlavə simvolik məna daşıyır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar