Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu keçirilir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü oktyabrın 29-da Ağsu şəhərində oldu. Nazir rayon Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı rayonlarından vətəndaşları qəbul etdi.

Görüşdən öncə nazir mərkəzin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad etdi.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri qəbulda səslənən müraciətlər yerlərdə mədəniyyət ocaqlarının fəaliyyəti, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin, qədim tikililərin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı idi.
Şamaxıdan qəbula yazılan vətəndaşlar rayon ərazisində kompleks şəkildə arxeoloji qazıntı işlərinin aparılması, bölgədə turizmin müxtəlif növləri üzrə bələdçilik xidməti göstərən şəxslər üçün təlimlərin keçirilməsi ilə bağlı müraciətlər etdilər.
Qəbələ sakinlərinin müraciətləri mədəniyyət müəssisələri və klubların tarixi və əlamətdar günlərə aid metodiki vəsaitlərlə təminatı, ölkəmizin görkəmli ədibləri, sənət adamları ilə görüşlərin təşkili, rəsm qalereyasında tanınmış fırça ustaları tərəfindən ustad dərslərinin, incəsənət məktəbində Bakı məktəblərinin təcrübəli müəllimlərinin açıq dərslərinin təşkili, eləcə də Vəndam və Nic qəsəbələrində incəsənət məktəbinin filiallarının yaradılması barədə idi.
İsmayıllı sakinləri mədəniyyət işçilərinə fəxri adların verilməsi, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin uşaq şöbəsində regional mərkəzin yaradılması, uşaq incəsənət məktəbinin binasının inşası ilə bağlı xahişlərini diqqətə çatdırdılar.
Ağsu sakinləri tərəfindən rayondakı Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasının yenidən qurulması, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kitabxana fondlarının yeni nəşrlərlə təminatı, uşaq musiqi məktəbində ixtisaslı kadrların çatışmazlığı, nəzəriyyə dərslərinin keyfiyyətinin artırılması məsələləri səsləndirildi.
Ağsu, Qobustan və İsmayıllı rayonlarından daha bir neçə vətəndaş işlə təminat və digər sosial məsələlərlə bağlı nazirə müraciət etdilər.
Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir Əbülfəs Qarayev ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verdi.
Nazir jurnalistlərə müsahibəsində bildirdi ki, ölkə başçısının tapşırığı ilə artıq üçüncü ildir ki, hər ay yerlərdə qəbullar keçirilir. Bu görüşlər əhali ilə canlı ünsiyyət, bir çox məsələlərin operativ həlli baxımdan çox vacibdir. Ağsu rayonunda bu sıradan artıq 31-ci görüşün keçirildiyini diqqətə çatdıran Əbülfəs Qarayev görüşlər zamanı vətəndaşlar tərəfindən maraqlı təkliflərin, faydalı təşəbbüslərin irəli sürüldüyünü dedi, vətəndaşların təşəbbüskarlığını yüksək qiymətləndirdi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar