Oktyabrın 29-da Ağsu şəhər Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə bir qrup mədəniyyət işçisinin təltif olunması mərasimi keçirildi.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevin mədəniyyət işçilərinə daim diqqət və qayğı göstərdiyini bildirdi. Qeyd edildi ki, ölkə Prezidentinin sərəncamları ilə mədəniyyət işçiləri fəxri adlar, orden və medallarla təltif olunur. Mədəniyyət sahəsində çalışan insanlar ölkənin simasıdır və onların əməyi, fəaliyyəti hər zaman yüksək qiymətləndirilir.
Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırdı. Vurğulandı ki, məhz bu işlərin nəticəsində xalqımızın əsrlər boyu yaşadıb, bu günümüzə gətirdiyi Azərbaycan muğamı, aşıq sənəti, digər xalq sənəti nümunələrimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Əbülfəs Qarayev mədəniyyətimizin inkişaf etdirilməsi və beynəlxalq səviyyədə təbliğinin bundan sonra da prioritet istiqamət olacağını, mədəniyyət işçilərinin bu sahədə daha səylə çalışacaqlarına əminliyini bildirdi.
Sonra təltiflərin təqdimatı keçirildi. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunmuş Qəbələ Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nargilə Qafarovaya "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, balaban ifaçısı Rəhman Ələsgərova "Əməkdar mədəniyyət işçisi" fəxri adı, Ağsu rayon Mədəniyyət evinin metodisti Məhəmməd Qasımova isə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı təqdim olundu.

 Fariz







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar