Oktyabrın 28-də Azərbaycan Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Mədəniyyətimizin beynəlxalq arenada tanıdılması və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib.
Tədbiri Elmi-Metodik Mərkəzin elmi araşdırmalar şöbəsinin müdiri Rafiq Quliyev açıb. Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev bildirib ki, seminar milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılması istiqamətində dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin fəaliyyəti ilə daha yaxından tanış olmaq məqsədini daşıyır.
Mərkəzin milli mədəni irs nümunələrinin tədqiqi və təbliği sektorunun baş metodisti Şəlalə Kəsəmənli mövzu haqqında qısa məlumat verib.
Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini, Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı mədəniyyətimizin dünyada tanıdılmasında Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edib.
"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov rəhbərlik etdiyi qurumun Azərbaycan mədəniyyətinin, kulturoloji maarifçiliyin beynəlxalq aləmdə təbliği istiqamətində fəaliyyəti, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov milli mətbəx mədəniyyətimizin tədqiqi və dünyada təbliği, tanınmış keramika ustası, heykəltəraş, qrafik Mir-Teymur Məmmədov xarici ölkələrdə milli keramika sənətinin təbliği barədə danışıblar.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Sonda Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin tar müəllimi Emin Eminli və Elmi-Metodik Mərkəzin əməkdaşı Zəbulla Quliyev musiqi nömrəsi ilə çıxış ediblər.
Tədbirdə AMEA, Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət, Mədəniyyət və İncəsənət, Bakı Slavyan universitetlərinin, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar