Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq və Luvr Muzeyində Azərbaycan xalçaları sərgisinin təşkili müzakirə edilib

Oktyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Fransanın məşhur Luvr Muzeyinin İslam Departamentinin direktoru Yannik Linz ilə görüşüb.

Görüşdə Luvr Muzeyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq üzrə 2008-ci ildə bağlanmış razılıq protokolunun davamı kimi Azərbaycan Milli İncəsənət Muzeyi və Luvr Muzeyi arasında 2016-2021-ci illər üzrə yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqlar aparılıb.
Qeyd edək ki, protokolda Luvr Muzeyi ilə Azərbaycan muzeyləri arasında mütəxəssis mübadiləsinin həyata keçirilməsi, xalçaların restavrasiya edilməsi üzrə əməkdaşlıq və s. məsələlər öz əksini tapıb.
Eyni zamanda görüş zamanı Luvr Muzeyinin İslam bölməsində Azərbaycana məxsus eksponatların yerləşdirilməsi də müzakirə edilib.
* * *
Luvr Muzeyinin İslam Departamentinin direktoru xanım Yannik Linzi Azərbaycan Xalça Muzeyində olub.
Muzeydən bildirilib ki, fransalı qonağın gəlişinin əsas məqsədi Luvrda Azərbaycan xalçalarının sərgisini keçirməkdir. Sərgidə Luvr və Xalça muzeylərinin kolleksiyalarından olan Azərbaycan xalçaları nümayiş olunacaq. Dünyanın nüfuzlu sənət məbədində Azərbaycan xalçaları sərgisinin təşkili mədəni irsimizin təbliği baxımdan əlamətdar hadisədir. Sərgi dünya ictimaiyyətinin diqqətini bir daha qədim xalça sənətimizə, xarici muzeylərdə, şəxsi kolleksiyalarda olan xalçalarımıza yönəldəcək.
Qeyd edək ki, dünya muzeylərində, o cümlədən Fransanın Luvr və digər muzeylərində Azərbaycanın xalça nümunələri saxlanılır. Luvr Muzeyində 50-dək ən qiymətli, nadir nüsxəli xalçalarımız var.
Azərbaycan Xalça Muzeyinin yeni binasının görünüşü, ekspozisiya zallarının geniş və qeyri-adi interyeri, bədii tərtibatı, xalçaların mərhələli təqdimatı, adət-ənənələrimizlə xalçanın vəhdəti qonaqda xoş təəssürat oyadıb.
Görüşün sonunda Yannik Linziyə Azərbaycan Xalça Muzeyinin direktoru Röya Tağıyevanın fransız dilində nəşr olunmuş “Azərbaycan xalçaları sivilizasiyanın kəsişməsində” adlı kitabı hədiyyə olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar