Noyabrın 3-də Şəki Heydər Əliyev Mərkəzində 4 saylı uşaq musiqi məktəbi ilə birgə Dövlət Bayrağı Günü münasibətilə “Ucalan bayraq enməz” adlı ədəbi-bədii kompozisiya təşkil olunub.
Mərkəzin direktoru Zeynəb Məmmədova və uşaq musiqi məktəbinin direktoru İbrahim Rəsulov əlamətdar günün əhəmiyyətindən danışıb. Qeyd olunub ki, bayraq hər bir azadlığa qovuşmuş xalqın qürur mənbəyidir. Dövlət müstəqilliyimizin əsas atributlarından olan bayraq Azərbaycan xalqı üçün şərəf rəmzidir.
Vurğulanıb ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olmuş üçrəngli bayrağımız 70 il sonra, 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılıb. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi Dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabr ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanının açılışı keçirilib.
Tədbir 4 saylı uşaq musiqi məktəbinin müəllim və şagird kollektivinin hazırladığı musiqili proqramla davam edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar