Xəbər verdiyimiz kimi, noyabrın 2-dən 4-dək Oman Sultanlığının paytaxtı Maskat şəhərində İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı keçirilib. Konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində Oman Sultanlığının İrs və Mədəniyyət Nazirliyi tərəfindən mədəni proqram təşkil edilib. Qonaqlar 2015-ci ildə “İslam mədəniyyəti paytaxtı” olan Omanın Nizva şəhərinə səfər edərək mədəniyyət mərkəzinin açılışına qatılıblar.
Açılışdan sonra Oman Sultanlığının irs və mədəniyyət naziri Sayyid Haitham bin Tariq al Said tədbir iştirakçılarını ölkələrində qəbul etməkdən məmnunluğunu bildirib və gələcəkdə hər bir islam ölkəsi ilə mədəni əlaqələrin inkişafına hazır olduqlarını bəyan edib. Nizva şəhəri haqqında qısa məlumat verən nazir şəhərin “İslam mədəniyyəti paytaxtı” seçilməsinə görə İSESCO rəhbərliyinə təşəkkür edib.
Bu il ərzində Nizva şəhərində geniş tədbirlərin təşkil olunduğunu bildirən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri islam mədəniyyətinin tanıdılmasında xidmətləri olanlara təşəkkür edib.
Tədbir zamanı qonaqlar Nizva şəhərində yerləşən qədim qəsri ziyarət ediblər. Bu tarixi tikili Omanın simvollarından sayılır və hər il Avropadan, eləcə də Yaxın Şərqdən çoxsaylı turistlər buranı ziyarət edir.
Burada həmçinin əl sənətkarlığı nümunələrindən, müxtəlif rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Folklor qruplarının konsert proqramı da islam ölkələrindən gəlmiş qonaqlar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, noyabrın 4-də İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransının rəsmi bağlanış mərasimi keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar