Milli Kitabxanada treninqlər davam edir

Kitabxanalarda yeni avtomatlaşdırılmış kitabxana sistemi olan ALISA proqramının tətbiqi ilə bağlı M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil edilən treninqlər davam edir.
Növbəti 10 günlük treninqə Qubadlı, Cəbrayıl, Samux, Qazax, Naftalan, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri və kitabxanaçıların ixtisasartırma kursunda iştirak edən nümayəndələr qatılıb. İştirakçılar ALISA proqramında işləməklə yanaşı, MARC 21 formatını öyrənərək yerlərdə tətbiq edəcəklər.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov dinləyicilərlə görüşdə çıxış edərək mütəmadi olaraq təşkil edilən treninqlərin kitabxananın və ALISA proqramını hazırlamış “Ultra” şirkətinin mütəxəssisləri tərəfindən aparıldığını diqqətə çatdırıb. Bildirilib ki, treninqi müvəffəqiyyətlə başa vuranlara sertifikatlar təqdim ediləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar