Beynəlxalq türk mədəniyyəti təşkilatı TÜRKSOY Monqolustanın Mədəniyyət, Elm və Təhsil Nazirliyi və bu ölkənin Milli Tarix Muzeyi ilə birlikdə paytaxt Ulan-Batorda “Avrasiya muzeylərindəki geyim kolleksiyaları: tədqiqat və şərhlər” adlı 3-cü beynəlxalq muzey forumu keçirib. Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan Qırğızıstan, Türkmənistan və Rusiya Federasiyasından (Moskva, Altay, Xakasiya, Saxa Yakutiya, Tuva, Tatarıstan) olan muzey rəhbərləri, mütəxəssisləri və tədqiqatçılar iştirak ediblər.
Tədbirdə Avrasiyanın müxtəlif xalqlarının milli geyimlərinin formalaşmasının fərqli aspektləri və eləcə də muzey ekspozisiyalarında milli geyim kolleksiyalarının qorunma, öyrənmə və təqdimat məsələləri ilə bağlı məruzələr dinlənilib. TÜRKSOY-un baş katibliyi forumun məruzələrindən ibarət toplu çap etməyi planlaşdırır.
Xatırladaq ki, TÜRKSOY-un muzey işi sahəsində elmi və mədəni ictimaiyyət nümayəndələrinin beynəlxalq kommunikasiya platforması kimi nəzərdə tutulan muzey forumu ilk dəfə 2013-cü ildə Bursada keçirilib. Həmin toplantıda Avrasiya qitəsinin bütün ölkələrinin üzvlüyə açıq olan TÜRKSOY Muzeylər Assosiasiyasının yaradılması haqqında bəyannamə qəbul edilib. İkinci forum ötən il Kazanda keçirilib. Xubilay xanın 800 illiyinə həsr edilən 3-cü forumun iştirakçıları Ulan-Batorun muzeylərini də ziyarət ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar