Xəbər verdiyimiz kimi, 23-27 noyabr tarixlərində Bakı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) 12-ci Baş Konfransına və İcraiyyə Şurasının 36-cı iclasına ev sahibliyi edəcək. Bu mühüm tədbirlərə hazırlıqla bağlı noyabrın 16-da Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Təşkilat Komitəsinin iclası keçirilib.

İclasda çıxış edən nazir İSESCO Baş Konfransının və İcraiyyə Şurasının iclasının keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncam imzaladığını və Prezident Administrasiyası tərəfindən tədbirlər planının təsdiq edildiyini deyib.
Vurğulanıb ki, İSESCO Baş Konfransının Bakıda keçirilməsi qurumla Azərbaycan arasında mövcud əməkdaşlıq tarixində xüsusi önəm kəsb edən hadisələrdən biridir və əlaqələrimizin möhkəmləndirilməsinə töhfələr verəcək. Konfrans çərçivəsində Heydər Əliyev Fondunun prezidenti, İSESCO və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sədrliyi ilə İSESCO-nun sivilizasiyalar arasında dialoq üzrə xoşməramlı səfirlərinin görüşünün keçiriləcəyi də diqqətə çatdırılıb.
Sonra nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Təşkilat Komitəsinin katibi Vasif Eyvazzadə çıxış edərək tədbirlərə hazırlıq prosesi ilə bağlı məlumat verib.
İclasda təşkilati məsələlər, katibliyin işinin təşkili, qonaqların qarşılanması və yola salınması, viza məsələləri, könüllülərlə iş və digər məsələlər ətrafında müzakirələr aparılıb.
İclasın sonunda Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev müvafiq məsələlər üzrə tövsiyə və tapşırıqlarını verib. Qeyd edib ki, hər iki tədbirin yüksək səviyyədə təşkili Azərbaycanın beynəlxalq nüfuzunun artmasına əhəmiyyətli təsir göstərəcək.
İclasda digər dövlət qurumlarından Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar