Muzeylə əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması müzakirə olunub

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın paytaxtı Londona səfər edib. Səfər çərçivəsində nazirin Viktoriya və Albert Muzeyinin direktoru Martin Rot ilə görüşü keçirilib.
Görüş zamanı Mədəniyyət və Turizm Nazirliyi ilə muzey arasında əməkdaşlıq üzrə anlaşma memorandumunun imzalanması, dünyanın bu məşhur muzeyində saxlanılan Azərbaycana aid xalça-toxuma nümunələrinin sərgisinin keçirilməsi, 2017-ci ildə Bakı şəhərində keçiriləcək Azərbaycan xalçasına həsr edilmiş 5-ci beynəlxalq konqresə Viktoriya və Albert Muzeyinin tərəfdaş olması ilə bağlı müzakirələr aparılıb.
Eləcə də muzeydə azərbaycanlı muzey mütəxəssisləri üçün treninqlərin təşkil edilməsi müzakirə olunub.
Xatırladaq ki, Böyük Britaniyanın Viktoriya və Albert Muzeyinin direktoru, professor Martin Rot bu ilin aprelində ölkəmizdə səfərdə olub. Onun mədəniyyət və turizm naziri ilə görüşündə əməkdaşlıq məsələləri müzakirə edilmişdi. M.Rot Azərbaycan Xalça Muzeyində də olmuşdu.
Londonda keçirilən görüşün sonunda nazir Əbülfəs Qarayev Martin Rotu 2016-cı ilin 25-27 aprel tarixində Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etməyə dəvət edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar