Noyabrın 26-da “Gülüstan” sarayında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) İcraiyyə Şurasının Bakıda keçirilən 36-cı iclasının və Baş Konfransın 12-ci sessiyasının iştirakçılarının şərəfinə Azərbaycan hökuməti adından ziyafət verildi. Mərasimdə müsəlman ölkələrinin nümayəndə heyətləri, Azərbaycanın dövlət və hökumət rəsmiləri iştirak edirdi.
Mərasim Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından parçanın səslənməsi ilə başladı. Orkestrə Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov dirijorluq edirdi.
Gecədə tanınmış və gənc ifaçılar tərəfindən Azərbaycan xalq və bəstəkar mahnıları ifa olundu. Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında təqdim olunan “Odlar yurdu” rəqsi isə gecəyə xüsusi rəng qatdı. İfa olunan musiqi nömrələri qonaqların zövqünü oxşadı.
Maldiv Respublikası nümayəndə heyətinin rəhbəri Abdulla Nazir, Səudiyyə Ərəbistanı nümayəndə heyətinin rəhbəri Məhəmməd bin Abduləmir əl-Ohali və başqaları fikirlərini bölüşərək İSESCO Baş Konfransının 12-ci sessiyasının yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıq etdilər. Bakının füsunkar gözəlliyindən ürəkdolusu danışan qonaqlar Azərbaycanı islam dünyasının ən tolerant və inkişaf etmiş bir ölkə kimi dəyərləndirdilər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar