“Azərbaycan ilə Əfqanıstan arasında müxtəlif sahələrdəki ikitərəfli əlaqələr daha da inkişaf etdirilməlidir. Ölkələrimiz arasında mədəniyyət və təhsil sahəsində mövcud əlaqələr yaxşı səviyyədədir. Biz çalışmalıyıq ki, bu istiqamətdə daha böyük uğurlara nail olaq. Bunun üçün əlverişli imkanlar var. Bu imkanlardan yararlanmaq hər iki ölkənin daha parlaq gələcəyinə zəmin yarada bilər”.
Bu sözləri İSESCO-nun Bakı toplantılarında iştirak edən Əfqanıstan elm və təhsil nazirinin müşaviri Əliullah Əmiri deyib.
Qonaq belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu iclas təmsil olunan dövlətlərin təhsil və mədəniyyət sahəsində əlaqələrinə müsbət təsir edəcək. İclasda müzakirə olunan məsələlər və qəbul edilən qərarlar bütün islam dövlətləri arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcək.
Əliullah Əmiri vurğulayıb ki, Bakıdakı müxtəlif universitetlərdə əfqanıstanlı tələbələr təhsil alır və onlar hər zaman Azərbaycan dövlətinin diqqət və qayğısını hiss edir. Yaxın vaxtlarda təhsil sahəsindəki əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edən qonaq əfqan gənclərin Azərbaycanda təhsil almağa üstünlük verdiklərini bildirib.
Azərbaycana ilk dəfə gəlməsinə baxmayaraq, ölkəmizlə bağlı geniş məlumata malik olduğunu söyləyən qonaq Bakıda gördüyü möhtəşəm abadlıq və quruculuq işlərini yüksək dəyərləndirib. “Azərbaycan islam dəyərlərinə, tolerantlığa böyük töhfələr verən, günbəgün inkişaf edən bir dövlətdir. Çalışacağam ki, bundan sonra da Bakıya tez-tez gəlim”.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar