“Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabı təqdim olunub

Noyabrın 26-da AZƏRTAC-da “Sumqayıt hadisələri barədə ilk mənbədən” adlı kitabın təqdimatı keçirilib.

Kitabda 1988-ci ilin fevralında baş verən hadisələrə tarixi mənbələr, bu proseslərin bilavasitə şahidlərinin fikirləri ilə işıq salınır. 1988-ci ildə SSRİ Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə baş müstəntiq kimi Sumqayıtda baş vermiş hadisələrlə əlaqədar işin təhqiqatı ilə məşğul olmuş Vladimir Kaliniçenko bu hadisələrin, ermənilərin iddialarının əksinə olaraq, Azərbaycan tərəfindən hazırlanmadığını, Sumqayıtda guya “erməni soyqırımı”nın olması barədə fikirlərin əsassız olduğunu diqqətə çatdırır.
Kitabın müəllifi Səadət Qədirova Beynəlxalq Jurnalistlər İttifaqının və Rusiya Jurnalistlər İttifaqının üzvü, TASS agentliyinin diplomatik informasiya strukturları ilə əlaqələr şöbəsinin rəhbəri, xarici siyasət sahəsində ekspert, politoloqdur. O, M.V.Lomonosov adına MDU-nun və Denverdəki Amerika Universitetinin məzunudur.
AZƏRTAC-ın baş redaktoru Yaşar Quluzadə təqdimat mərasimini açaraq bildirib ki, bu kitabın yazılması ideyası agentliyin baş direktoru Aslan Aslanova məxsusdur. Kitabın əsas məziyyəti ondan ibarətdir ki, burada təhqiqatı aparmış müstəntiqin dilindən səslənən obyektiv məlumata görə o vaxt Sumqayıt hadisələrinin təşkilatçılarını axtarmamaq və xüsusən onları aşkar etməmək barədə göstəriş verilmişdi. Sumqayıt hadisələri Azərbaycana və azərbaycanlılara qarşı hərtərəfli hazırlanmış, Azərbaycan xalqına dünya birliyinin nəzərində qara yaxmağa, “vəhşi” və “qaniçən” azərbaycanlı obrazını dünyaya göstərməyə, azərbaycanlıların və ermənilərin eyni arealda yaşamasının mümkün olmaması təsəvvürünü yaratmağa yönəlmiş məkrli aksiya idi.
Nəşrin redaktoru Tamilla Nuriyeva kitabı Sumqayıt hadisələri barədə həqiqəti çatdıran mühüm mənbə kimi qiymətləndirib.
Müəllif Səadət Qədirova kitabın necə ərsəyə gəlməsi barədə məlumat verib: “Sumqayıt hadisələri ilə əlaqədar Azərbaycana qarşı ədalətsizliyə görə çox əzab çəkirəm, Azərbaycanda doğulmasam da, burada yaşamasam da, bu hücumların ağırlığını burada doğulmuş insanlardan heç də az hiss etmirəm. Bütün haqsız hücumlardan qorunmaq üçün ucaldılan binada bu da bir kərpic olacaq”.
Təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatları Elmira Axundova və Asim Mollazadə müəllifin peşəkarlığını yüksək qiymətləndirib, kitabın Moskvada da təqdimatının, internet şəbəkəsində yerləşdirilməsinin və xarici dillərə tərcümə edilməsinin vacibliyini vurğulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar