“Odlar Yurdu” Gənclər İctimai Birliyi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilmiş Gəncə şəhərində beynəlxalq layihə həyata keçirir. Azərbaycan Gənclər Fondunun dəstəyi ilə, Mədəniyyət və Turizm Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin iştirakı ilə gerçəkləşən layihənin məqsədi “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” statusunun təbliğ olunmasıdır.
Noyabrın 26-da Gəncə şəhərində keçirilən layihənin açılış mərasimində Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Gənclər Fondunun sektor müdiri Vaqif Seyidbəyov, millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev və digər rəsmilər iştirak ediblər. Layihəyə 13 ölkədən 35 gənc yazar, jurnalist, bloqçu və fəal dəvət olunub.
"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın sözlərinə görə, gənc fəallar çəkdikləri fotolar, hekayə və məqalələri vasitəsilə Gəncə şəhərinin təbliğinə xidmət etmiş olacaqlar. Layihə iştirakçıları 5 gün müddətində müxtəlif görüşlər və təqdimatlarda iştirak edərək, ekskursiya və gəzintilərdə Gəncənin tarixi, Avropa Gənclər Paytaxtı seçilməsi və s. haqqında ətraflı məlumat alacaqlar. Onlara xarici dillərdə müxtəlif nəşrlər təqdim olunacaq. Layihənin son günündə (1 dekabr) gənclər yazdıqları hekayələri, məqalə və bloqları təqdim ediblər. Hər bir iştirakçı öz təəssüratını və yazdığı məqalələri idarə etdiyi xəbər saytlarında, bloq və sosial şəbəkələrdə yayacaqlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar