İki ölkənin dahi şəxsiyyətlərinin, mənəvi irsinin təbliğ olunması müzakirə edilib

Noyabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İranın təhsil naziri Əliəsgər Faninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əlaqələrin inkişafından söhbət açılıb. Əbülfəs Qarayev iranlı nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfərindən məmnunluğunu ifadə edib.
Öz növbəsində iranlı nazir Bakıda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının 12-ci sessiyasının yüksək səviyyədə təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən görülən işləri müsbət dəyərləndirərək təşəkkürlərini bildirib.
Görüş zamanı birgə həyata keçiriləcək layihələr və tədbirlərlə bağlı məsələlərə toxunulub, iki ölkənin dahi şəxsiyyətlərinin, mənəvi irsinin, müştərək mirasının qorunması və təbliğ olunması müzakirə edilib.
Həmçinin qeyd olunub ki, bu sahədə işlərin görülməsi baxımından İSESCO təşkilatının rolu əvəzsizdir. İSESCO-nun Bakı toplantısının elm, təhsil və mədəniyyətin müxtəlif sahələri üzrə məsələlərin müzakirə olunması baxımından əhəmiyyəti xüsusi vurğulanıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar