Dekabrın 11-də Bakı şəhəri Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təşkilatçılığı ilə “Qeyri-maddi mədəni irs nümunəsi olan tarın tədqiqi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin rəhbərliyi və əməkdaşları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək 2012-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş tar ifaçılıq sənətimizin təbliğ olunmasının önəmini vurğulayıb.
Azərbaycan Milli Konservatoriyasının xanəndə-oxu və instrumental muğam kafedrasının müəllimi, Əməkdar artist Valeh Rəhimov tarın və muğamların tarixi haqqında, Milli Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasının müdiri, tar ustası Məmmədəli Məmmədov tar alətinin hazırlanması texnologiyaları haqqında məruzələrlə çıxış ediblər.
Çıxışlardan sonra T.Quliyev adına 12 saylı musiqi məktəbi şagirdlərinin ifasında tarda və fortepianoda musiqi nömrələri səsləndirilib. Fərqlənən şagirdlərdən Fəxri Axundov, Arif Əzimov və Aydan Rəsulzadə mərkəzin təşəkkürnamələri ilə təltif olunublar.
Məktəbin direktoru Gülnar Səfərova tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə və Elmi-Metodik Mərkəzə təşəkkürünü bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar