Dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində “Heydər Əliyev və Azərbaycanın Milli Qəhrəmanları. Müqəddəs amal” kitabının təqdimat mərasimi keçirildi. Nəşrin müəllifləri yazıçı-publisist Oqtay Əliyev və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədr müavini Nurəddin Abbasovdur.

Təqdimat mərasimini giriş sözü ilə kitabın redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açdı. O, kitabın gənc nəslin milli ruhda, vətənpərvər kimi tərbiyə edilməsi, xalqımızın qəhrəman övladlarının şərəfli ömür yolunun təbliği, geniş ictimaiyyətə tanıdılması baxımdan mühüm rol oynayacağını qeyd etdi.
Yazıçı-publisist Oqtay Əliyev kitab haqqında məlumat verdi. Bildirdi ki, nəşrdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şəhid Milli Qəhrəmanların ailə üzvləri ilə və həyatda olan Milli Qəhrəmanlarla görüşlərindən, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan bəhs edilir.
Bakı Dövlət Universitetinin jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı və digər çıxış edənlər vaxtilə ulu öndər Heydər Əliyev və bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Milli Qəhrəman və şəhid ailələrinə, torpaqlarımızın, suverenliyimizin müdafiəsində şücaət göstərmiş əsgər və zabitlərə qayğı göstərildiyini bildirdilər. İgid vətən övladlarının qəhrəmanlıq səhifəsinin öyrənilməsi və təbliğinin vacibliyi qeyd olundu. Vurğulandı ki, Vətən uğrunda döyüşlərdə şərəflə vuruşanların əziz xatirəsi Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində həmişə yaşayacaq.
Milli Qəhrəman Vahid Quliyev kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirdi.
Qeyd edək ki, “Ərgünəş” nəşriyyatında çapdan çıxan kitabda 211 nəfər Milli Qəhrəmanın həyat və döyüş yollarından söhbət açılır. Nəşrdə Milli Qəhrəmanlarla bağlı sənədlər də yer alıb.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar