Azərbaycan Milli Kitabxanasında Rumıniyanın ölkəmizdəki səfiri Daniel Kristian Çiobanu və səfirliyin ikinci katibi Luminita Çiobanu ilə görüş keçirilib.
Direktor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verib. Bildirib ki, kitabxana dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə kitab mübadiləsi aparır, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli əməkdaşlıq barədə memorandum imzalanıb. Direktor onu da diqqətə çatdırıb ki, Rumıniya Milli Kitabxanası ilə əlaqələr qurmaq cəhdləri nəticə verməyib. O, səfirdən bu xüsusda yardımçı olmağı xahiş edib.
Daniel Kristian Çiobanu iki ölkə arasında sıx dostluq əlaqələrinin əhəmiyyətini vurğulayıb, Rumıniya tərəfin mədəni əməkdaşlığa da xüsusi önəm verdiyini bildirib.
Diplomat Milli Kitabxana ilə əməkdaşlıq imkanlarından söz açaraq Rumıniya mədəniyyət günləri çərçivəsində burada “Rumın ədəbiyyatı gecəsi”nin keçirilməsini təklif edib. Təklif Milli Kitabxana tərəfindən bəyənilib. Ədəbiyyat gecəsinin yanvarın 15-də keçirilməsi qərara alınıb.
Görüşdə səfirə “Azərbaycan Milli Kitabxanası” fotoalbomu (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycan xalçaları haqqında kitab təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar