Mədəniyyət və Turizm Nazirliyi tərəfindən paytaxtın Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir təşkil olunub.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev pansionatın sakinlərini bayramlar münasibətilə təbrik edərək, onlara cansağlığı, xoşbəxtlik diləyib.
Tədbirin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Rəhman Rasimoğlunun rəhbərlik etdiyi “Rasim” instrumental ansamblı, Əməkdar artist Cabir Abdullayev, tanınmış müğənni Manaf Ağayev və gənc muğam ifaçısı Saiq İbayev konsert proqramı ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar