Yanvarın 6-da Xızıda XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin xatirəsi anılıb.
Nakam şairin ölümünün 78-ci ildönümünə həsr olunan mərasim rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Sayadlar kəndində, Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısında keçirilib.
Mərasim iştirakçıları Mikayıl Müşfiqin büstü ətrafına toplaşaraq, şairin həyat və yaradıcılığından, ədəbiyyat tariximizə töhfələrindən söhbət açıblar. Əməkdar müəllim, şair Ofeliya Babayeva, yazıçı-publisist Müşfiq Cabiroğlu, Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadə, rəssam Minayə Dəyanətqızı və başqaları şairin yaradıcılığının gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu qeyd ediblər. Bildirilib ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri dillər əzbəridir.
Tədbirdə Xızı məktəbliləri şairin şeirlərindən parçalar səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar