Yanvarın 19-da Bülbülün memorial muzeyində "Tariximizin qanlı səhifəsi" adlı tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Fərqanə Cabbarova açaraq 20 Yanvar faciəsinin bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb. Muzeyin baş mühafizi Nigar İsgəndərova Qara Yanvar hadisələrinin mahiyyətindən söz açıb. Bildirib ki, bu faciə nə qədər ağır olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.
Şəhid anası Fəridə Fətullayeva, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova və digər çıxış edənlər o gecənin dəhşət doğuran anlarını bir daha yada salıblar, acı xatirələrini bölüşüblər.
Sonra Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi, Prezident təqaüdçüsü Atabəy İsmayılov (tar) və beynəlxalq müsabiqələr laureatı Rəşid Behbudov (piano) Vasif Adıgözəlovun "Qərənfil" romansını ifa ediblər.
Tədbirdə “Aytam” Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri tərəfindən 20 Yanvara həsr olunmuş şeirlər səsləndirilib, "Sarı gəlin", "Qarabağ şikəstəsi" xalq mahnıları ifa olunub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar