20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan tədris və mədəniyyət ocaqlarında çoxsaylı tədbirlər keçirilib.
İdarədən bildirilib ki, qurumun nəzdində fəaliyyət göstərən “İstedad Mərkəzi” Muzey Mərkəzində Ümummilli Hüzn Gününə həsr olunmuş konsert təqdim edilib. 3 nömrəli uşaq incəsənət məktəbində keçirilmiş “20 Yanvar tariximizin silinməz yaddaşı” adlı tədbirdə şagirdlərin faciəyə həsr olunmuş əl işləri nümayiş olunub.
Binəqədi mərkəzi mədəniyyət evində “Şanlı tariximiz”, Hacıağa Abbasov adına mədəniyyət evi, Nardaran qəsəbə klubu və Bilgəh qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə 108 nömrəli tam orta məktəbdə “Qanlı Yanvar - qan yaddaşımız”, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası 158 nömrəli tam orta məktəblə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz”, Mərdəkan mədəniyyət sarayı “Ağlama şəhid balası” adlı kompozisiya və tədbirlər keçiriblər.
Ümumilikdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət müəssisələrində faciənin 26-cı ildönümü ilə bağlı 126 tədbir təşkil edilib.

 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar