Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 20 Yanvar faciəsinin 26-cı ildönümü bir sıra tədbirlərlə qeyd olunub.
Universitetin “Səda” tədris teatrında ANS Şirkətlər Qrupunun prezidenti, rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” bədii filmi nümayiş etdirilib.
Qanlı Yanvar hadisələrini bütün dəhşətləri ilə özündə əks etdirən film müəllim və tələbələr tərəfindən böyük maraqla qarşılanıb. Baxışdan sonra filmin yaradıcı heyəti tələbələri maraqlandıran sualları cavablandırıb.
ADMİU-nun rektoru, professor Fərəh Əliyeva 26 il öncə Azərbaycan xalqının azadlıq, müstəqillik, toxunulmazlıq uğrunda apardığı mübarizə, bu mübarizinin nəticəsində qazandığımız müstəqilliyimiz haqqında danışaraq, filmin əhəmiyyətini vurğulayıb.
ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev filmin bəzi məqamlarına toxunub, qeyd edib ki, bu, Vətənimizin gələcəyi uğrunda vuruşan, müstəqillik eşqi ilə küçələrə çıxan insanların qəhrəmanlığını bütün dünyaya sübut edən ekran əsəridir.
Sonda rektor Fərəh Əliyeva filmin ərsəyə gəlməsində zəhməti olan hər bir kəsə - rejissor və bütün yaradıcı qrupa minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar