Yanvarın 19-da Bakı Xoreoqrafiya Akademiyasında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.
Akademiyanın elm və yaradıcılıq işləri üzrə prorektoru, dosent Sonaxanım İbrahimova tədbiri açaraq, 26 il əvvəl sovet ordusunun Bakıda törətdiyi qətliamdan bəhs edib. Qeyd edib ki, həmin gün xalqımız müstəqilliyi uğrunda mübarizədə ilk şəhidlərini verdi.
Tədris işləri üzrə prorektor, dosent Sevda Sadıxbəyova, filologiya üzrə fəlsəfə doktoru Vəfa Əliyev çıxış ediblər. Qeyd olunub ki, şəhidlik vətənə, torpağa olan ülvi məhəbbətdən və istəkdən doğur. Şəhidlərimiz öz ölümləri ilə əbədi ölməzlik qazandılar. Bu gün Şəhidlər xiyabanı bizim and yerimizdir.
Vurğulanıb ki, həmin günlərdə 20 Yanvar faciəsinə obyektiv qiymət verən ümummilli lider Heydər Əliyev oldu. O, Moskvada bəyanat verərək bu qanlı hadisəni törədən sovet rəhbərliyini cinayətkar adlandırdı. Qanlı Yanvar faciəsi həm də tariximizin qəhrəmanlıq səhifəsidir. Çünki həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, istiqlal və müstəqillik uğrunda mübarizə əzminin sarsılmazlığını bütün dünyaya bəyan etdi. Tədbirdə Azərbaycan dili və ədəbiyyat kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aypara Məmmədova şəhidlərimizə həsr etdiyi şeirini oxuyub.
Akademiyanın bakalavr və ortaixtisas təhsili pillələri tələbələrinin iştirakı ilə Xalq artisti Rüfət Xəlilzadənin quruluş verdiyi Qanlı Yanvara həsr olunan “Yaddaş” bədii kompozisiyası nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar