Mədəniyyət və turizm sahələrinin inkişafına zəmin yaradan fərman, sərəncam, qanun və dövlət proqramları

Mədəniyyət və Turizm Nazirliyinin təşkil olunduğu 2006-cı ildən bu yana dövlət başçısı tərəfindən mədəniyyət və turizm sahələrinin ahəngdar inkişafına, bu sahələrdə bir çox nailiyyətlərə zəmin yaradan çoxsaylı fərman və sərəncamlar imzalanıb, qanun və dövlət proqramları qəbul olunub. Onların bir qismini diqqətə çatdırırıq.

30 yanvar 2006 - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət idarəetmə sistemində aparılan islahatların davamı olaraq mədəniyyət, gənclərlə iş, idman və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması, bu sahələrdə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə bəzi nazirliklərinin yenidən təşkil edilməsi haqqında fərman imzalayıb. Fərmanla Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyi ləğv edilib, Mədəniyyət Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Prezidentin eyni tarixli sərəncamları ilə Əbülfəs Mürsəl oğlu Qarayev gənclər, idman və turizm naziri vəzifəsindən azad edilib və Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təyin olunub.
13 fevral 2006 - Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Turizm İnstitutu və Mingəçevir Turizm Kolleci yaradılıb.
18 aprel 2006 - Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”, nazirliyin strukturu təsdiq edilib.
17 aprel 2006 - Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) təsdiq olunub.
27 oktyabr 2006 - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” sərəncam.
24 noyabr 2006 - “Azərbaycan Respublikası ərazisində yerləşən tarix və mədəniyyət qoruqlarının vəziyyəti haqqında” sərəncam.
19 dekabr 2006 - Müasir İncəsənət Muzeyinin yaradılması haqqında sərəncam.

6 fevral 2007 - “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman.
19 fevral 2007 - Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında sərəncam.
23 fevral 2007 - Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında sərəncam.
6 mart 2007 - Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında sərəncam.
2 aprel 2007 - “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncam.
20 aprel 2007 - Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması barədə sərəncam.

2 may 2007 - “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam.
11 iyun 2007 - «Qobustan dövlət tarixi-bədii qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında» sərəncam.
6 avqust 2007 - “Yaşlı və gənc nəsil yazıçı, rəssam və bəstəkarların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondu haqqında” fərman.
19 dekabr 2007 - Bakı şəhəri Suraxanı rayonunda Atəşgah məbədi ərazisinin “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi haqqında sərəncam.
19 dekabr 2007 - Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisinin “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya və Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilməsi haqqında sərəncam.

31 yanvar 2008 - Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında sərəncam.
20 iyun 2008 - Turizm və rekreasiya zonaları haqqında nümunəvi Əsasnamə təsdiq edilib.
4 avqust 2008 - Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı təsdiq edilib.
6 oktyabr 2008 - Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib.

6 fevral 2009 - Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib.
20 fevral 2009 - Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən tarix-mədəniyyət qoruqlarının maddi-texniki bazasının təminatı, idarəolunma və kadr potensialının vəziyyəti haqqında sərəncam.
18 may 2009 - “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilib.

6 aprel 2010 - Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı təsdiq edilib.
25 noyabr 2010 - Azərbaycan Dövlət Musiqili Komediya Teatrının binasının yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam.

14 yanvar 2011 - Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə “Turizm ili” elan edilib.
4 mart 2011 - Qobustan Milli Tarixi-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam.
27 may 2011 - Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir təşkil edilməsi barədə fərman. Forumun təşkilində əlaqələndirici orqan Mədəniyyət və Turizm Nazirliyi müəyyən edilib.
25 noyabr 2011 - Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı binasının yenidən qurulması haqqında sərəncam.
22 dekabr 2011 - “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun fəaliyyətinin təmin edilməsi haqqında sərəncam.

13 noyabr 2012 - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli qanununun tətbiqi haqqında fərman.

15 fevral 2013 - “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının yeni qanunun (2012-ci il 21 dekabr tarixli) tətbiqi barədə fərman. 1998-ci ildə qəbul olunmuş qanun qüvvədən düşüb.
1 mart 2013 - Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyi və Milli Teatr Gününün (10 mart) təsis edilməsi haqqında sərəncamlar.
27 dekabr 2013 - Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı təsdiq olunub.

14 fevral 2014 - Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkə başçısının sərəncamı ilə təsdiq edilib.
30 aprel 2014 - Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında sərəncam.
15 may 2014 - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman.
18 dekabr 2014 - Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərman.
22 dekabr 2014 - Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması haqqında sərəncam.

24 iyul 2015 - Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam.
25 iyul 2015 - İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı Baş Konfransının 12-ci sessiyasının və İcraiyyə Şurasının 35-ci iclasının Bakı şəhərində keçirilməsi haqqında sərəncam.
10 sentyabr 2015 - Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” QSC-nin yaradılması haqqında sərəncam.

14 yanvar 2016 - İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması haqqında sərəncam.
19 yanvar 2016 - Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında sərəncam.

Bu illər ərzində ölkə başçısı tərəfindən həmçinin görkəmli şəxsiyyətlərin, mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin yubileyləri, mədəniyyət və turizm sahəsində çalışan insanların təltif edilməsi barədə onlarla sərəncam imzalanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar