Almaniyanın Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşdə bu barədə müzakirələr aparılıb

Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müşaviri Yevgeni Şönfeld, iqtisadi və mədəni əlaqələr üzrə attaşe Kristina Zibke və səfirliyin mədəniyyət şöbəsinin əməkdaşı Cəmilə Ağababayeva ilə görüşüb.
Görüşdə Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyinin UNESCO-nun yubileylər proqramı çərçivəsində qeyd edilməsi ilə bağlı məsələ müzakirə olunub. Qeyd edək ki, bu əlamətdar yubiley qurumun 2016-2017-ci illər üzrə proqramına Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə salınıb. Cənubi Qafqazda alman yaşayış məntəqələrinin 200 illiyi ilə bağlı tədbir 2017-ci ildə UNESCO-nun Baş qərargahında Azərbaycanın, Almaniyanın və Gürcüstanın birgə təşəbbüsü ilə təşkil olunacaq.
Bundan əlavə, görüş zamanı mədəni tədbirlərin birgə təşkili, mədəniyyət sahəsində ölkələrimizin biznes əlaqələrinin möhkəmləndirilməsi və Bakıda bu ilin 25-27 aprel tarixində keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakla bağlı məsələlər müzakirə edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar