İtaliyalı ekspertlərlə birgə həyata keçiriləcək Tvinninq layihəsi iki il davam edəcək

Avropa Komissiyasının Tvinninq proqramı üzrə Azərbaycanda bir sıra sahələr üzrə əməkdaşlıq layihələri həyata keçirilir. Bu təşəbbüslər mədəniyyət və turizm sahələrini də əhatə edir.

2016-2017-ci illərdə italiyalı ekspertlərlə birgə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi həyata keçiriləcək.
Bununla əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tvinninq layihəsinin yerli müşaviri Alessandro Biançi ilə görüşüb.
Görüşdə mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair 2016-2017-ci illəri əhatə edəcək layihə ilə bağlı müzakirələr aparılıb.
Nazir Əbülfəs Qarayev ümidvar olduğunu bildirib ki, layihənin uğurla həyata keçirilməsi mədəniyyət sahəsinin idarə edilməsində və mədəni irsin qorunmasında Azərbaycanın dünyanın ən qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcək.
Layihə eksperti Azərbaycanın zəngin mədəni irsə sahib olduğunu qeyd edərək görülən işlərdə yüksək həssaslıq göstəriləcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, layihə Avropa Komissiyası ilə razılaşdırılıb və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənib. İki il davam edəcək layihə mədəniyyətin müxtəlif sahələrində idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə yönəlib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar