Xalça Muzeyində tədbir

Fevralın 12-də Azərbaycan Xalça Muzeyində “Kitabi-Dədə Qorqud” - 12 boy, 12 xalça” adlı sərgi-tədbir keçiriləcək. Tədbir “Kitabi-Dədə Qorqud” eposunun alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən üzə çıxarılması, tərcüməsi, ilk nəşri və elm dünyasına tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli sərəncamına əsasən təşkil olunub.

Azərbaycanın ipək xalçaları "Kitabi-Dədə Qorqud" dastanında, Əbül Üla Gəncəvinin, Nizami Gəncəvinin, Xaqaninin və bir çox xarici rəssamların, şairlərin əsərlərində tərənnüm olunub. “Dədə-Qorqud" dastanının bəzi boyları “Qam Ğan oğlu Xan Bayandır yerindən durmuşdur. Qara yerin üstünə ağ ban evin tikdirmişdi. Bin yerdə ipək xalçası döşənmişdi” - deyə başlayır.
1815-ci ildə alman alimi eposun “Basatın Təpəgözü öldürməsi” boyunu nəşr etdirərək dünya elminə tanıdıb. Dastanın 6 boydan, 98 səhifədən ibarət nüsxəsini isə italyan şərqşünası Ettore Rossi Vatikan kitabxanasından taparaq üzə çıxarıb.
Bəşəriyyət misli görünməmiş mutasiyalara, sürətli keçidlərə uyğunlaşmağa məcburdur. Belə bir mühitdə milli mədəniyyəti, dəyərləri qorumaq xüsusi önəm kəsb edir. Azərbaycan Xalça Muzeyində keçiriləcək sərgi-tədbir çərçivəsində görkəmli alim və tədqiqatçıların mövzu ətrafında çıxışları, eyni zamanda Dədə-Qorqud personajının çadır önündə teatrlaşdırılmış kompozisiyası, saz musiqisi və qədim musiqi alətlərinin ifasında çıxışlar təqdim olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar