Fevralın 15-də İçərişəhərdəki Keramika Mərkəzində Azərbaycan İncəsənət Konsulluğunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Beynəlxalq duet: keramika üzrə simpozium” adlı yeni layihənin təqdimatı oldu.
Simpozium keramika ustaları - azərbaycanlı Mirteymur Məmmədov və qazaxıstanlı Artyom Qorislavetsin iştirakı ilə keçirilir. Təqdimatda iştirak edən paytaxt sənətsevərləri mərkəzin fəaliyyəti ilə yaxından tanış oldular.
Bildirək ki, tanınmış rəssam, keramika ustası və heykəltəraş Mirteymur Məmmədov İçərişəhərdəki yaşayıb-yaratdığı evini Keramika Mərkəzinə çevirib. Rəssam qəzetimizə bildirdi ki, tədbirin məqsədi keramika sahəsində təcrübə mübadiləsi aparmaq, bu sənəti ölkəmizdə daha da tanıtmaqdır: “Layihə 18 gün davam edəcək. Hər ikimiz bu ayın sonuna qədər türk damğaları ilə bağlı 3-4 əsər yaratmalıyıq. Fevralın 28-də həmin əsərlərdən ibarət sərgi təşkil olunacaq”.
Xatırladaq ki, simpozium Azərbaycan İncəsənət Konsulluğunun sayca ikinci tədbiridir. Duet-simpoziumun ilk tədbiri Mirteymur Məmmədovun ötən il Qazaxıstana səfəri zamanı olmuşdu.

Soltan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar