Azərbaycanda səfərdə olan Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri, Türkiyənin ekologiya və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə görüşüb.
Görüşdə 2016-cı ildə Bakıda keçiriləcək TDMMB-nin növbəti qurultayına hazırlıq, qurumla Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq əlaqələri müzakirə olunub.
Günay Əfəndiyeva deyib ki, Türk Mədəniyyəti və İrsi Fondu qısa bir vaxtda fəaliyyətə başlamasına baxmayaraq, qarşıda böyük hədəfləri var. Türk mədəniyyətini və irsini yaşatmaq istəyən, onu araşdıran, öyrənən insanlarla əməkdaşlıq fondun fəaliyyətinin prioritetidir.
Mehmet Ceylan rəhbərlik etdiyi qurumla bağlı məlumat verib. Bildirib ki, 2011-ci ildə qurulan TDMMB bütün türkdilli dövlətləri və icmaları əhatə edən tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin ən əhatəlisi iki ildən bir təşkil olunan Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayıdır. Növbəti qurultayın Bakıda keçirilməsi nəzərdə tutulur. Bu qərar qurumun tərəfdaş qurumu olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin razılığı əsasında qəbul edilib.
Qurultayın baş əlaqələndiricisi İlyas Dəmirçi reallaşdıracaqları layihələrdən söz açıb. Bildirib ki, TDMMB-nin beş gün davam edəcək qurultayı çərçivəsində tədbirlər Bakı ilə yanaşı, Azərbaycanın bir sıra bölgələrini də əhatə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar