Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müşavirə keçirilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 17-də Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində müşavirə keçirib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın və “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” 19 yanvar 2016-cı il tarixli sərəncamının icrası ilə bağlı məsələlərə həsr olunub.
Dövlət Xidmətinin rəisi Zakir Sultanov, rəis müavini Zöhrab Pirimov, şöbə müdirləri Etibar Axundov və Fərid Almazov, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, “Mədəni İrsin Qorunması, Tədqiqatı və Monitorinqi Mərkəzi” MMC-nin direktoru Sehran Əliyev və başqaları müşavirədə iştirak ediblər.
Müşavirədə qeyd olunan sərəncamların icrası ilə bağlı müzakirələr aparılıb və aidiyyəti üzrə tapşırıqlar verilib.
Nazir Əbülfəs Qarayev həmçinin daşınmaz tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması və istifadəsi ilə bağlı gənc azərbaycanlı mütəxəssislərin hazırlanması üçün İtaliya mütəxəssisləri ilə əməkdaşlıq edilməsi barədə tapşırıqlar verib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar