Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli aktyor, Xalq artisti Əliabbas Qədirovun 70 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Sarayın bədii rəhbəri Kamran İsrafilov sənətkarın həyat və yaradıcılığından danışıb. Xalq artisti Rasim Balayev aktyor haqqında xatirələrindən söz açıb.
Əməkdar mədəniyyət işçisi Atababa İsmayıloğlu, Xəzər rayon Ağsaqallar Şurasının sədri, tarixçi Təvəkkül Səlimov və başqaları teatr və kino sənətində parlaq obrazlar yaratmış Əliabbas Qədirovun sənət yolundan bəhs ediblər.
Tədbirdə iştirak edən aktyorun qızları - kulturologiya üzrə fəlsəfə doktoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti Gültəkin xanım və Azərbaycan Tibb Universitetinin müəllimi Gülçin xanım ataları haqqında xoş xatirələrini bölüşüblər, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar