F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kiçik yaş qrupu üzrə xidmət şöbəsinin əməkdaşı Almaz Əşrəfova 244 saylı məktəbin II sinif şagirdləri ilə 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan “Əsrlərin, nəsillərin yadigarı ana dilim!” adlı tədbir keçirib.
Azərbaycanın himninin səslənməsi ilə başlanan tədbirdə uşaqlar ana dilimizlə bağlı şeirlər söyləyib, mahnılar ifa ediblər. Ədəbi bədii kompozisiya Azərbaycanın üçrəngli bayrağının altında “Azərbaycan” mahnısı ilə yekunlaşıb.
Kitabxananın direktor müavini Zahirə Dadaşova çıxış edərək Beynəlxalq Ana Dili Günün tarixi barədə danışıb. Bildirib ki, 1999-cu ildə UNSECO tərəfindən milli dillərin və mədəni müxtəlifliyin qorunması məqsədilə təsis edilən bu günü bütün xalqlar qeyd etməklə öz doğma dilinin varlığını hiss edir. Ana dili bizə əsrlərin, nəsillərin yadigarıdır. Nə qədər dil var, demək keçmiş də var, nəsil də var, vətən də var. Ana dilinin saflığını, varlığını qoruyub gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur.
Tədbirdə şagirdlərə kitabxananın təsis etdiyi “Göy qurşağı” uşaq jurnalı hədiyyə edilib. Uşaqlar kitabxananın “Nağıl otağı”nda cizgi filmi izləyiblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar