TÜRKSOY-un elan etdiyi “Yusif Has Hacib 2016” ilinin açılış mərasimi keçirilib

Xəbər verdiyimiz kimi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2016-cı ili türk dünyasının böyük şairi, görkəmli alim, mütəfəkkir Yusif Has Hacib Balasaqunlunun 1000 illik yubileyi şərəfinə xatirə ili elan edib.
İstanbuldakı “Kazlıçeşmə” Mədəniyyət Mərkəzində “Yusif Has Hacib 2016” ilinin açılış mərasimi keçirilib. Mərasimdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksudov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman, Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Junusov, digər rəsmilər, diplomatlar, Türkiyə və Qırğızıstanın mədəniyyət, ədəbiyyat xadimləri iştirak ediblər.
Baş katib Düsen Kaseinov Yusif Has Hacibin bütün türk dünyasının dahi mütəfəkkiri olduğunu qeyd edib. Bildirib ki, Türk-İslam ədəbiyyatının ilk böyük əsəri olan “Kutadqu Biliy”i qələmə alan mütəfəkkir yüz illər boyu bizlərə yol göstərmiş bu dahi şəxsiyyətdir. 2016-cı ili Yusif Has Hacibin xatirə ili elan etməklə onun mədəni irsini yeni nəsillərə ötürmək istəyirik. Düsen Kaseinov bu il çərçivəsində TÜRKSOY ölkələrində silsilə tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Digər çıxışlarda Yusif Balasaqunlunun dərin mənalı həyat və fəaliyyətinə nəzər salınaraq, onun irsinin öyrənilməsi və təbliğ olunmasının əhəmiyyəti qeyd edilib.
“Yusif Has Hacib ili”nin rəsmi açılış mərasimi üçün Qırğızıstandan Türkiyəyə gəlmiş “Ak-Maral” Dövlət Rəqs Ansamblı, “Ordo-səhnə” etno-folklor musiqi ansamblı və ifaçılar Kırqızbay Osmanov, Bakıt Şatenov və Ömürzak Kayıpov gecədə maraqlı musiqi proqramı ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar