Fevralın 25-də Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurasının ilk iclası keçirilib.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin sədrliyi ilə keçirilən iclasda Şuranın vəzifələri, gələcək fəaliyyətinin təşkili, şikayətlərə baxılmasına dair təlimatın təsdiq olunması məsələləri müzakirə edilib.
İclasda sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərə nazirlik və onun struktur bölmələri tərəfindən diqqətin daha da gücləndirilməsi, bu sahədə zəruri profilaktik tədbirlərin görülməsi, Apellyasiya Şurasının səlahiyyətlərinə aid məsələlərin hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsinin zəruriliyi xüsusi vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 3 fevral 2016-cı il tarixli fərmanına uyğun olaraq yaradılmış Mədəniyyət və Turizm Nazirliyinin Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiə olunması məqsədinə xidmət edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar