Şuşa teatrının “Ağ qayıq” tamaşası tələbə və məktəblilərə nümayiş olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Əsrin faciəsi” mövzusunda tədbir keçirilib.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı erməni qəsbkarlarının vəhşiliklərindən danışıb. Akademik Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın ayrı-ayrı ölkələrində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib.
Bilik Fondu Aparatının rəhbəri, professor İsaxan Vəliyev Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Mərasimdə Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, Ali Neft Məktəbi, Qafqaz Universiteti, Dövlət Dillər Universiteti və Bakı Slavyan Universitetində təhsil alan xarici ölkələrdən olan tələbələr iştirak ediblər.
Xocalı faciəsini əks etdirən sənədli filmin nümayişi, xüsusilə Pakistan, Əfqanıstan, Zimbabve, Çexiya, Fələstin, Polşa, İtaliya, Portuqaliya, Rusiya, Türkmənistan və Yəməndən olan tələbələri təsirləndirib.
Tədbir Binəqədi rayon 244 nömrəli orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonra Bilik Fondunun təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Şuşa Musiqili Dram Teatrının təqdimatında Xocalı həqiqətlərindən bəhs edən “Ağ qayıq” tamaşası nümayiş olunub. Elnurə Abdullayevanın pyesi əsasında Samir Qulamovun quruluş verdiyi tamaşaya Fondun “Qardaşlaşmış məktəblər” layihəsinin iştirakçısı olan Bakı şəhər 245, 45, 18 nömrəli orta məktəblərin şagirdləri, BSU və BDU-nun tələbələrindən ibarət könüllülər baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar