Xəbər verdiyimiz kimi, 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıqla bağlı qurumun nümayəndə heyəti ölkəmizdə səfərdədir. Fevralın 22-də Forumun Təşkilat Komitəsinin sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə nümayəndə heyətinin görüşü keçirilmiş və Təşkilat Komitəsinin iclası olmuşdu.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsinin kabinet rəhbəri və ali nümayəndənin sözçüsü Nihal Saadın başçılıq etdiyi heyət fevralın 24-də Xarici İşlər Nazirliyində olub. Xarici işlər nazirinin müavini Nadir Hüseynovun nümayəndə heyəti ilə görüşü zamanı Forumun keçirilməsi ilə bağlı təşkilati məsələlər, yüksək səviyyədə Nazirlər Şurasının iclasının təşkili barədə fikir mübadiləsi aparılıb.
Nazir müavini Forumun keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş Təşkilat Komitəsinin üzvü kimi Xarici İşlər Nazirliyinin üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirib. Ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının da bu işə yaxından cəlb edildiyi, əlaqələndirilmiş şəkildə hazırlıq işlərinin aparıldığı qeyd edilib.
Nihal Saad öz növbəsində qarşıdakı iki ay müddətində Təşkilat Komitəsi ilə Xarici İşlər Nazirliyinin səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib. O, əvvəlki tədbirlərin təşkili haqqında məlumat verərək, bir sıra sahələr üzrə təcrübəsini bölüşüb.
Söhbət zamanı yüksək səviyyəli xarici nümayəndə heyətlərinin protokol təminatı, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, tədbirlə bağlı humanitar və sosial məsələlər, eyni zamanda, viza rəsmiləşdirilməsi məsələləri müzakirə edilib. Forumda iştirak etmək üçün 195 ölkə və 26 beynəlxalq təşkilata dəvətnamələrin göndərildiyi bildirilib.
Qeyd edək ki, BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyətinin səfəri fevralın 27-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar