Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq həm də, Azərbaycan milli uşaq ədəbiyyatının incilərini yaratmışdır. Ömrünün 60 ilini xalqın xidmətinə yönəldən Şaiq türk dilində ilk milli məktəbin yaranmasında da müstəsna rolu olan ziyalılarımızdandır.
Fevralın 24-də Abdulla Şaiqin anadan olmasının 135-ci ildönümü ilə əlaqədar ədibin Fəxri xiyabandakı qəbirüstü abidəsi önündə anım mərasimi keçirilib.
Mərasimdə C.Cabbarlı, S.Vurğun, L.və M.Rostropoviçlərin ev-muzeylərinin, A.Şaiq adına kitabxananın əməkdaşları, ədəbiyyatşünas-alimlər, Azərbaycan Dövlət Pedaqoji Kollecinin, Həbib bəy Mahmudbəyov adına 2 saylı texniki-humanitar liseyin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə açıb. Muzeyin böyük elmi işçisi, Şaiq irsinin tədqiqatçısı Arzu Hacıyeva ədibin yaradıcılığı barədə danışıb. Ədəbiyyatşünas alimlər - professor Alxan Bayramoğlu, filologiya üzrə fəlsəfə doktorları Razim Məmmədov və Nəzakət Qafqazlı Şaiqin həyat və yaradıcılığı ilə bağlı ürək sözlərini bölüşüblər.
Məktəblilərin ifasında şairin şeirləri səslənib.
* * *
Fevralın 24-də Bakı şəhər Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Abdulla Şaiqin anadan olmasının 135 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə kitabxana əməkdaşlarının ədibin yaradıcılığı əsasında hazırladığı “Balacaların böyük məhəbbəti” adlı kitab sərgisi ilə tanış olublar.
Abdulla Şaiqin mənzil-muzeyinin böyük elmi işçisi G.Əsədova Vətənə canı, ruhu ilə bağlı olan, xalq arasında böyük nüfuz qazanan Abdulla Şaiqin yaradıcılığı barədə söz açıb, ədibin bir-birindən gözəl, yüksək tərbiyəvi əhəmiyyətli əsərlərinin gənc nəslin maariflənməsində bu gün də böyük əhəmiyyət kəsb etdiyi bildirib.
Paytaxtın 189-190 nömrəli tam orta məktəblərinin şagirdləri, həmçinin video-bağlantı ilə tədbirə qoşulan Gəncə şəhər 25 saylı orta məktəbin şagirdləri A.Şaiqin “Köç”, “Məktub yetişmədi” hekayələrini təhlil edib və ədibin uşaqlar üçün sadə dildə yazdığı şeirləri səsləndiriblər. Şaiq yaradıcılığını əks etdirən videoçarx nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar