Martın 1-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət mərkəzində "Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu" mövzusunda zona görüşü keçirilib. Tədbirdə Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran və Astarada fəaliyyət göstərən 100-dək QHT nümayəndəsi, fəal gənclər, təhsil və mədəniyyət işçiləri iştirak edib.
Görüşü Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli açıb. Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev "QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda məruzə edib.
Məlumat verilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarilə yeni sayılacaq istiqamət müəyyənləşdirilib ki, bu da mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Bildirilib ki, nazirlik tərəfindən mədəniyyət sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi məqsədilə 2015-ci il üçün elan olunan müsabiqəyə 86, 2016-cı il üçün müsabiqəyə isə 95 layihə təqdim edilib.
Nazirliyin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması barədə məlumat veriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar