Bülbülün memorial muzeyində xatirə tədbiri

Fevralın 26-da Bülbülün memorial muzeyində "XX əsrin faciəsi - Xocalı" adlı tədbir keçirilib. Muzeyin direktoru Fərqanə Cabbarova, baş mühafiz Nigar İsgəndərova Azərbaycan xalqının tarixinə qanlı səhifə kimi həkk olunmuş Xocalı faciəsi barədə danışıblar.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri, respublika müsabiqələri laureatları Aytən Rüstəmli, Cəlil Bəşirli, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin şagirdləri, “Aytam” Uşaqların Mədəni Maarifləndirməsi İctimai Birliyinin üzvləri Ənvər Verdizadə, Aytən Babayeva, G.Şaroyev adına 35 saylı musiqi məktəbinin şagirdləri, respublika müsabiqələr laureatı Gülnaz Eldarlı, Gülüstan Muxtarova musiqi parçaları ifa ediblər.
“Aytam” ictimai birliyinin üzvləri Nilufər Əsədli, Fikrət Əsgərov, 158 saylı orta məktəbin şagirdi Rəna Hacıyeva Xocalıya həsr olunmuş şeirlər oxuyublar. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi şagirdlərinin rəsm əsərləri nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar