Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzində keçirilən “Xocalı fəryadı” adlı tədbirdə rayonda yerləşən Ağdam rayon 88 saylı və Şuşa şəhər 1 saylı köçkün tam orta məktəblərinin müəllim və şagird kollektivi iştirak edib.
Mərkəzin baş fond mühafizi Nigar Əlizadə 24 il öncə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı həqiqətlərindən bəhs edib. Foyedə köçkün məktəblilərinin çəkdiyi Xocalı faciəsini əks etdirən şəkillərdən ibarət sərgi nümayiş olunub. Məktəbin şagirdləri şeir və mahnılar səsləndirib, kompozisiya nümayiş etdiriblər.
* * *
Yasamal rayon MKS-nin Mərkəzi kitabxanası 1 saylı filialda “Xocalı soyqırımı - əsrin faciəsi” adlı dəyirmi masa keçirib. Metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova, Xocalı Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi, müharibə veteranı Xəlil Vəliyev soyqırımının tarixindən söz açıblar.
225 saylı orta məktəbin şagirdləri Xocalı soyqırımına və vətən uğrunda canından keçmiş soydaşlarımızın əziz xatirəsinə həsr olunmuş şeirlər söyləyiblər.
* * *
Xətai rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşlarının təşkilatçılığı ilə 5 saylı Bakı Peşə Liseyində “Xocalıya ədalət, gələcək üçün ibrət” adlı anım tədbiri keçirilib.
Tədbirdə rayon 263 saylı orta məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik, peşə liseyinin tələbələrinin təqdimatında “Xocalı - qərib obam” adlı kompozisiya nümayiş etdirilib, şeirlər və musiqilər səsləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar