Mədəniyyət və turizm nazirinin Braziliya Senatının komitə sədri ilə
görüşündə ölkəmizin mədəniyyətlərarası dialoqa töhfələrindən söz açılıb

Martın 4-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Braziliya Senatının komitə sədri Kristovam Buarkenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Senator Kristovam Buarke Azərbaycanda mədəniyyət sahəsində əldə olunan nailiyyətləri alqışlayaraq, bu istiqamətdə həyata keçirilən tədbirlərə xüsusi maraq göstərdiyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan mədəniyyəti beynəlxalq aləmdə yüksək səviyyədə təbliğ olunur, ölkəmiz multikulturalizm və tolerantlıq nümunəsi kimi dünyada tanınır.
Nazir Əbülfəs Qarayev qonağa 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, habelə 2008-ci ildən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”, 2011-ci ildən Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat verib. Nazir nümayəndə heyətinin rəhbərini 7-ci Qlobal Foruma və 2017-ci ildə Bakıda keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Görüşün sonunda mədəniyyətlərarası dialoq sahəsində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar