Martın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi və Respublika Qadınlar Cəmiyyəti birgə “Qədim tarixi Quran kitabları” adlı sərgi keçirildi.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması ilə əlaqədar kitabxanada artıq ikinci tədbirin keçirildiyini vurğuladı. Bildirdi ki, kitabxanada “Multikulturalizm Azərbaycanın həyat tərzidir” adlı guşə fəaliyyət göstərir. Təqdim olunan sərgidə isə ayrı-ayrı bölgələrimizdən gətirilən müqəddəs Qurani-Kərim kitabları nümayiş olunur. Qeyd etdi ki, ötən əsrin əvvəllərində sovet hökuməti islam dəyərlərini qadağan etsə də, xalqımız inanc və dini irsini unutmayıb, qəlbində, hafizəsində yaşadaraq gələcək nəsillərə çatdırıb.
Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova qeyd etdi ki, qurum “İbrət” ictimai-dini redaksiya ilə birlikdə xeyli vaxtdır araşdırmalar aparır. Qədim Quran kitablarının sorağı ilə respublikamızın müxtəlif bölgələrində olublar. Bakı kəndləri, Şamaxı, Ağsu, Masallı, Lənkəran və digər rayonlardan 320 kitab toplanıb. Bu gün həmin kitabların sərgisini keçiririk.
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev, Məşədi Dadaş məscidinin axundu Hacı Şahin Həsənli və Respublika Qadınlar Cəmiyyətində dini qurumun üzvü Nəhayət Hüseynova çıxış edərək sərginin əhəmiyyətindən danışdılar. Müqəddəs kitabların toplanaraq belə bir sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlıq ifadə olundu.
Çıxışlardan sonra sərgiyə baxış oldu. Maraqla qarşılanan sərgi üç gün davam edəcək.

Savalan Fərəcov








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar