Martın 15-də Novruzun müjdəçisi olan Torpaq çərşənbəsi - “İlaxır çərşənbə” ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da təntənə və şənliklərlə qeyd edildi.

Bayramın rəmzi məşəlini yandırmaq üçün səhər metronun “İçərişəhər” stansiyası yanından Novruz personajları - Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə böyük karvan Suraxanı rayonuna “Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğuna yollanıb.
Bayram karvanı İstiqlaliyyət küçəsi ilə Heydər Əliyev Sarayının yanından keçməklə, Bülbül prospekti, Xaqani, Nizami küçələri ilə Xətai heykəli və fəvvarənin yanından keçib, Heydər Əliyev prospektinə çıxıb, metronun “Koroğlu” stansiyasının qarşısından keçib, aeroport avtomagistralı ilə hərəkət edərək “Atəşgah”a çatıb.
Atəşgah məbədindən od götürən bayram karvanı geriyə qayıtdıqdan sonra Heydər Əliyev Sarayının arxasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısındakı ərazidə yeni salınmış Şəhər Mərkəzi Parkında (“Qış parkı”) bayram tonqalı alovlandırılıb. Dədə Qorqudun Novruz xeyir-duasından sonra incəsənət ustalarının iştirakı ilə bayram konserti keçirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar