“Psixo-sosial reabilitasiyanın inkişafına dəstək” mövzusunda forum

Martın 11-də Azərbaycan Xalça Muzeyi və Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının birgə təşkilatçılığı ilə “Psixo-sosial reabilitasiyanın inkişafına dəstək” mövzusunda ilk ümumrespublika forumu keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Xalça Muzeyinin direktoru Şirin Məlikova, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov və respublikanın baş psixiatrı, professor Gəray Gəraybəyli mövzu ilə bağlı çıxış edərək, forumun əhəmiyyətini vurğulayıblar.
Forumun keçirilməsində məqsəd psixi məhdud imkanlı insanların istedad və qabiliyyətini üzə çıxarmaq, onları cəmiyyətə qazandırmaq, özlərinə inam hissi yaratmaq və hər hansı bir peşəyə yiyələnməsinə vəsilə olmaqdır. Bununla bağlı təlimlər, kurslar, seminar, müsabiqə və sərgilər gerçəkləşdirilir. Xalça Muzeyində “Biz hamı kimi” şüarı altında keçirilən tədbirdə bölgələrdə yerləşən psixiatriya xəstəxanaları sakinlərinin əl işlərindən ibarət sərgi və konsert proqramı təqdim olunub.
Qeyd edək ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasında 2012-ci ildən psixoreabilitasiya şöbəsi yaradılıb. 50-dən çox üzvü olan şöbədə dekorativ-tətbiqi sənət nümunələri: xalçaçılıq, qobelen, toxuma, bədii tikmə, şüşə, oyma, dulusçuluq və s. dərnəklər fəaliyyət göstərir. Dərnək üzvləri müxtəlif sərgi və festivallarda iştirak edirlər.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar