Xəbər verdiyimiz kimi, azərbaycanlı uşaq yazıçısı Aygün Bünyadzadə Polşada təsis edilmiş və 1979-cu ildən BMT tərəfindən beynəlxalq status verilmiş “Təbəssüm” ordeninə layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Polşaya gedən yazıçıya martın 11-də ordenin təqdim olunması mərasimi keçirilib.
Mıslovitsa şəhərində keçirilən tədbirdə Polşa Seyminin üzvləri, şəhər meri, Azərbaycanın Polşadakı səfirliyinin nümayəndəsi Elnarə Məmmədova və digər qonaqlar iştirak edib. Tədbirdə Polşa Prezidenti Andjey Dudanın tədbir iştirakçılarına təbrik məktubu oxunub.
Təqdimatın ən maraqlı anlarından biri o idi ki, mükafat almış şəxs uşaqların onun üçün bir qədəhə sıxdıqları limon suyunu birnəfəsə içməli, içdikdən sonra isə yenə də öz təbəssümünü saxlamalı idi. Bu isə, “həyatın ən çətin anlarında belə, körpə balaların çöhrələrinə təbəssüm bəxş etməyə özümdə qüvvə tapacağam” mənasını verir.
Aygün Bünyadzadə bu sınağın öhdəsindən gəldikdən sonra beynəlxalq “Təbəssüm” ordeninin təşkilat komitəsinin sədri, uşaq hüquqları üzrə Avropanın baş ombudsmanı Marek Mixalak ordeni ona təqdim edib.
1968-ci ildə Polşada təsis edilmiş, uşaqlar tərəfindən böyüklərə verilən “Təbəssüm” ordeni ilə Bill Klinton, Marqaret Tetçer, Papa II İohann Pavel kimi dövlət və din xadimləri, Stiven Spilberq, Astrid Lindqren, Sergey Mixalkov kimi sənət və ədəbiyyat adamları təltif olunublar. Bu mükafatı alanlar arasında mərhum azərbaycanlı aktyor və rejissor Ələkbər Hüseynov da olub.
Aygün Bünyadzadə Şərq dünyasında mükafata layiq görülən ilk xanım yazardır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar