Martın 17-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Milli Geyim Evinin təşkilatçılığı ilə "Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi keçirildi.

Layihənin həyata keçirilməsində əsas məqsəd xalqımızın qədim tarixə malik tikmə və toxuma sənətinin təbliğ olunması və milli irsimizi gələcək nəsillərə ötürməkdən ibarətdir.
Bakı Milli Geyim Evinin bədii rəhbəri Könül Vəlibəyli hər il Novruz bayramından əvvəl ənənəvi olaraq bu layihəni həyata keçirdiklərini diqqətə çatdırdı. Bildirdi ki, dəfilədə Azərbaycanın bütün bölgələrinə xas olan 20-dən çox qadın, kişi və uşaq geyimləri nümayiş olunur. Geyimlərin hər biri əl işidir və geyim evinin kollektivi tərəfindən hazırlanıb.
Könül Vəlibəyli onu da diqqətə çatdırdı ki, bir neçə ildir bu layihə ilə yanaşı, Bakı Milli Geyim Evinin 50-dən çox geyim nümunəsi ənənəvi olaraq hər il keçirilən Novruz bayramı şənliyində sərgilənir.
Dəfilədə musiqi sədaları altında qadın, kişi və uşaq geyimləri nümayiş olundu. Qız və oğlanlar milli geyimləri “Sarı gəlin”, “Qarabağın maralı” və “Laçın” xalq mahnıları, Üzeyir Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Qara Qarayevin “Yeddi gözəl” baletindən valsın sədaları altında rəqs edərək nümayiş etdirdilər. Bayram ab-havalı mahnı və rəqslər tədbirə xüsusi rəng qatdı.
Qeyd edək ki, Bakı Milli Geyim Evi 2009-cu ildə təsis olunub. Geyim evindən Azərbaycanın bütün bölgələrinə məxsus milli geyimləri əldə etmək mümkündür.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar