2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı Qafqaz Universitetində “Multikultural milli-mənəvi dəyərlər və gənclik” adlı ədəbi-bədii tədbir keçirilib. İştirakçılar əvvəlcə universitet tələbələrinin hazırladıqları Novruz sərgisinə baxıblar.

Dövlət himninin səslənməsindən sonra multikulturalizm haqqında geniş məlumat verilib. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində multikultural dəyərlər bu gün dövlət siyasətinin ən önəmli istiqamətlərindən birinə çevrilib.
Qafqaz Universitetinin rektoru Ahmet Saniç, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov respublikamızda multikulturalizm ənənələrindən danışıblar.
Bildiriblər ki, Prezident İlham Əliyevin Azərbaycanda multikultural ənənələrin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və təbliği məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etməsi təsadüfi deyil. Azərbaycan çoxmillətli və çoxdinli ölkədir. Bu gün dünya respublikamızı tolerant ölkə kimi tanıyır. Azərbaycanda dilindən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqları yüksək səviyyədə qorunur.
Çıxışlarda o da vurğulanıb ki, Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanılması və təbliği ilə bağlı Heydər Əliyev Fondu mühüm layihələr həyata keçirir.
Sonra ali təhsil ocağının fəal tələbələri fəxri fərmanlarla mükafatlandırılıblar.
Tədbirdə Qafqaz Universitetinin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Bayramın milli atributları, özünəməxsus adət-ənənələri haqqında məlumat verilib. Tələbələrin ifasında səsləndirilən Novruzla bağlı şeirlər, rəngarəng musiqi nömrələri, Kosa və Keçəlin çıxışı tədbir iştirakçılarına xoş ovqat bəxş edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar